Amerika Birləşmiş Ştatlarının (ABŞ) 2020-ci ildə xarici ölkələrə etdiyi maliyyə yardımları barədə siyahı açıqlanıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, ölkələrin içində az inkişaf etmiş Afrika ölkələri və terrorizm-ekstremizmdən əziyyət çəkən Yaxın və Orta Şərq ölkələri üstünlük təşkil edir.

Belə ki, Əfqanıstan 4 893.2 milyon dollar, İsrail 3 308.5 milyon dollar, İordaniya 1 723.1 milyon dollar, Misir 1 468 milyon dollar məbləğində ABŞ yardımı alıb. Siyahını İraq, Efiopiya, Yəmən, Kolumbiya, Nigeriya və Konqo DR (Şərqi Konqo) davam etdirir. 2021-ci ildə də bu ölkələrin xarici yardım məbləğində ön sıralarda olması gözlənilir.