Avropa Birliyi və Böyük Britaniya arasında "Brexit"lə bağlı yekun anlaşma imzalanıb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Avropa Birliyi tərəfindən anlaşmanı AB Komissiyasının rəhbəri Ursula Vonder Leyen, AB Şurası rəhbəri Çarlz Maykl imzalayaıb. Böyük Britaniyanın baş naziri Boris Consonun da anlaşmanı imzalamasından sonra ratifikasiya üçün parlamentlərə göndəriləcək. Həmçinin Avropa Birliyinin üzvü bütün dövlətlərin imzalama və ratifikasiya prosedurları həyata keçiriləcək.
Hələlik tam mətni publik formada açıqlanmayan anlaşmaya görə, Böyük Britaniya və Avropa Birliyi ölkələri "Brexit"dən sonra hərtərəfli əməkdaşlığı davam etdirmək qərarına gəliblər.