İranın vurduğu Ukrayna təyyarəsi ilə bağlı araşdırmalar sona çatıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bunu İranın yollar naziri Məhəmməd Eslami bildirib. O qeyd edib ki, araşdırma və təhqiqatın yekunlaşdırılması plan üzrə həyata keçirilib. Yekun nəticələrlə bağlı hesabat hazırlanıb. Hesabatın fars və ingilis dilində iki versiyası mövcuddur. Nəticələr bütün maraqlı tərəflərə, o cümlədən Ukraynaya göndərilib.

Qeyd edək ki, Ukrayna XİN başçısı Dmitri Kuleba İranı ittiham etmiş və araşdırmanı ləngitdiyini açıqlamışdı.