Ermənistanın müxalif Ermənistan Respublika Partiyasının (ERP) sədr müavini Armen Aşotyan baş naziri Nikol Paşinyanı sərt tənqid edib.

Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, Paşinyanı dərhal istefa verməyə çağıran Aşotyan onun Ermənistanı pis günə qoyduğunu söyləyib.

"Nikol Paşinyan ölkəni pis günə qoyub. Onun fəaliyyəti Ermənistan üçün ağlasığmaz nəticələr yaradacaq. Yəqin bilirsiniz ki, Azərbaycanda Paşinyana istehza etmək üçün "Noldu Paşinyan?" ifadəsi yayılıb. Amma belə davam etsə, Paşinyanın əməllərinə görə "Noldu Ermənistan?" da olacaq", - deyə ERP sədrinin müavini bəyan edib.