Argentinanın parlamentində gərginlik yaşanıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, abortla bağlı qanun layihəsi deputatlar arasında kəskin fikir ayrılığı yaradıb. Deputatlar arasında söz atışması yaşanıb. Bəzi deputatlar bir-birnə müxtəlif əşyalar atıblar. İnsidentin əlbəyaxa davaya keçməməsi üçün fasilə elan olunub.

Daha sonra müzakirələrlə davam edən toplantıda mühafizəkar partiyaları təmsil edən deputatlar və dini təmayüllü siyasi xətt tərərfdarı olanlar abortun yasaqlanmalı olduğunu bildiriblər. Liberal siyasi xəttə malik qüvvələri təmsil edən deputatlar isə aborta icazə verilməsini müdafiə ediblər. Səsvermə nəticəsində 38 səs çoxluğu ilə hamiləliyin 14-cü həftəsindən abortun leqal olması qəbul edilib.