Rusiya Federasiyasının prezidenti Vladimir Putin Türkiyə Cümhuriyyətinin Rəcəb Tayyib Ərdoğanı Yeni il bayramı münasibətilə təbrik edib.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, təbrik mesajında Rusiya-Türkiyə əlaqələrinin bütün önəmli sferalarda davam edən inkişafından məmnunluq ifadə olunub. Əməkdaşlığın bundan sonra da davam edəcəyinə ümid bəsləndiyi bildirilib.
Tərəflər arasında siyasi dialoqun davam etdiyi, energetika sferasında, iqtisadi, hərbi sahələrdə, regional məsələlərdə təmasların qorunduğu bəyan edilib.