2020-ci il dünyada baş verən hadisələr gündəm yaradaraq tarixə düşdü.

Unikal.org xəbər verir ki, koronavirus nəticəsində dünya ölkələrində karantin, ölümlər, epidemiyalar və maskalarla keçən 2020-ci il həmçinin də təbii fəlakətlərdən siyasi hadisələrə, əfsanəvi idmançıların ölümündən elmi inkişaflara qədər olan bir ili əhatə etdi. 

Baş verən hadisələri sizlər üçün araşdırdıq:

 1) Ən isti il oldu - 2020-ci ilin ən vacib məsələlərdən biri də iqlim dəyişikliyinin dünyaya təsiri idi. Yanğınlara, ərimiş buzlaqlara və istixana qazı emissiyalarına daha çox diqqət yetirildiyi 2020-ci ildə, dünyanın ən soyuq yeri olaraq bilinən Sibirdəki Yakutsk bölgəsindəki termometrlər 38 dərəcəyə qədər yüksəldi, Birləşmiş Millətlər Təşkilatı isə 2020-ci ilin indiyədək ölçülən ən isti il ​​olduğunu elan etdi.

2) Buzlaqlar əriyir  - Antarktika qitəsində buzlaqların əriməyə davam edir. 2017-ci ildə Antarktidadan qoparkən səthi 6 min kvadrat kilometr olan A68a'nın 4 min 800 kvadrat kilometrə qədər əriydiyi ifadə edilib.  Bununla yanaşı,  nəhəng aysberq əriyərək İngiltərəyə bağlı olan Cənubi Georgia Adası ilə toqquşma ehtimalının olması da vacib məsələyə çevrilib.  

3) Amazon meşələrində yanğın -  2020-ci ildə Amazon meşələrində baş verən yanğın sayı son 12 ilin zirvəsinə çatdı. "Dünyanın ciyəri" olaraq bilinən Amazon meşələri yer üzündə oksigenin yüzdə 20-sini təmin edərkən, 2020-ci ildə dünya bitki və heyvan növlərinin yüzdə 10-unun yaşadığı meşələrdə təbii həyat getdikcə daha çox zərər gördü.

4) Avstraliyada yanğın - 2019-cu ilin sentyabrında başlayan və 2020-ci ilin martına qədər davam edən Avstraliya tarixinin ən pis yanğınlarında 33 nəfər həyatını itirdi. Əsasən Yeni Cənubi Uels əyalətində təxminən 11 milyon hektar ərazinin və 3 mindən çox evin yandığı yanğınlarda 1,25 milyard heyvanın tələf olduğu açıqlandı. Avstraliya hökuməti tərəfindən aparılan araşdırmada, 25 milyon əhalisi olan ölkədə təxminən 3 milyon insanın yanğından birbaşa təsirləndiyi bildirib. 

5) Corc Floydun ölümü  -  mayın 25-də Minneapolisdə dələduzluqda şübhəli bilinərək saxlanılan 46 yaşlı Corc Floyd  polisin dizi ilə boynunu basması nəticəsində boğularaq öldü.  Floydun hadisə yerinə gələn təcili tibbi yardım qrupları tərəfindən xəstəxanaya aparıldığı xəstəxanada öldüyü açıqlandı və yoldan keçənlərin mobil telefonlarına çəkdikləri görüntülər sosial mediada böyük reaksiya doğurdu. Bunun üzərinə, ölkədə qaradərililərə qarşı polis zorakılığına dair müzakirələr alovlanıb və Minneapolis başda olmaqla bir çox şəhərdə etirazlara səbəb olub. 

6) ABŞ seçkilərinin qalibi -   ABŞ seçkiləri bu il dünya siyasətində ön plana çıxdı. 3 Noyabrda keçirilmiş ABŞ prezident seçkilərində Demokrat namizədi Co Bayden, mövcud prezident Respublikaçı Donald Trampı məğlub edərək ABŞ-ın 46-cı prezidenti seçildi. Co Bayden  81 milyon 283 min səs qazanaraq  tarixdəki ən yüksək səslə ABŞ prezidenti və seçkilərdə 570 nümayəndədən 306-sı olub.

7)  "Brexit" anlaşması imzalandı imzalandı  - Avropa Birliyi və Böyük Britaniya arasında "Brexit"lə bağlı yekun anlaşma imzalanıb. Avropa Birliyi tərəfindən anlaşmanı AB Komissiyasının rəhbəri Ursula Vonder Leyen, AB Şurası rəhbəri Çarlz Maykl imzalayıb. Böyük Britaniyanın baş naziri Boris Consonun da anlaşmanı imzalamasından sonra ratifikasiya üçün parlamentlərə göndəriləcək. Həmçinin Avropa Birliyinin üzvü bütün dövlətlərin imzalama və ratifikasiya prosedurları həyata keçiriləcək.

8)  Qasım Süleymaninin ölümü -  ABŞ Müdafiə Nazirliyi (Pentaqon) 3 yanvar 2020-ci il tarixdə Bağdad Hava limanına hava hücumunda keçmiş Qüds Güc Komandiri General Qasım Süleymani və bir neşə şəxs öldürdüyünü açıqladı. İran lideri Ayətullah Əli Xamenei hadisədən sonra " Cinayətkarlar acı bir intiqam gözləyirlər",- deyə öz etirazını bu cür bildirib. 

9) Belarusda etirazlar  - Belarus xalqının 1994-cü ildən bəri 26 il Belarusiya prezidenti olaraq keçmiş Sovet ölkələri arasında ən uzun müddət rəhbərlik edən Aleksandr Lukaşenkoya qarşı təşkil etdiyi nümayişlər dünyanın gündəmində idi. 2020 seçkilərindən əvvəl və zamanı keçirilən nümayişlər ilk olaraq 24 Mayda başladı. 9 Avqustda keçirilmiş prezident seçkiləri ilə alovlanan hadisələrdə yüzlərlə insan nəzarətə alındı, müxalifət partiyaları seçki saxtakarlığında olduqlarını bildirərək seçki nəticələrini qəbul etmədilər. Seçkilərdə yüzdə 80,1 səslə qazanacağını elan edən Lukaşenkoya qarşı, şəhərin mərkəzindəki Müstəqillik prospektində olmaqla paytaxt Minskdə bir çox bölgədə toplanan etirazçılar yürüşlər təşkil etdi və nümayişlərini Stella Meydanında davam etdirdi.

10) Beyrut limanında partlayış -   4 avqustda Beyrut Limanında partlayıcı maddələrin tapıldığı 12 nömrəli anbarda yanğın nəticəsində şəhəri sarsıdan güclü  partlayış baş verdi. Prezident Mişel Avn, partlayışa 6 ildir limandakı anbarda saxlanılan 2750 ton ammonium nitratın səbəb olduğunu söylədi. Partlayışda 191 nəfərin öldüyü, 6 mindən çox insanın yaralandığı və bir neçə nəfərin itkin olduğu açıqlandı. Livan küçələrində artan sual işarələri və partlayışla əlaqəli səhlənkarlıq iddiaları səbəbiylə məsuliyyət daşıyanların cəzalandırılması tələbi ilə nümayişlər təşkil edildi və Baş nazir Həsən Diyab, etirazların üçüncü günü, 10 Avqustda istefa etdiyini bildirdi. Tarixinin ən pis iqtisadi böhranlarından birini yaşayan Livan, Beyrut Limanındakı partlayışla daha da çətin oldu.

11) Kobe Bryant ölümü - 26 yanvar 2020-ci ildə Amerika Basketbol Liqasının (NBA) əfsanəvi oyunçularından biri olan 41 yaşlı Kobe Bryant, Kalabasas şəhərində vertolyot qəzasında öldü. 13 yaşındakı qızı Gianna ilə helikopter qəzasında həyatını itirən Kobe Bryantın ölümü idman dünyasını böyük itkiyə səbəb oldu. 

12) Maradona -  25 Noyabrda əfsanəvi argentinalı futbolçu Diego Armando Maradona 60 yaşında vəfat etdi. Argentina mətbuatında yer alan xəbərlərə görə dünya şöhrətli argentinalı keçmiş futbolçu və məşqçi Diego Armando Maradona, yarılmanın ilkin hesabatında yatarkən "xroniki ürək çatışmazlığıÜ səbəbiylə öldüyünü bildirdi. Xüsusilə 1986 Dünya Kubokundakı çıxışı ilə dünyanın ən yaxşı futbolçularından biri olaraq qəbul edilən Maradona, Argentinanın Dünya Kubokundakı qələbəsində lider rolunu oynadı və İngiltərədə turnirdə vurduğu iki qoldan birincisini "Tanrının əli" olaraq xarakterizə etdi. İngiltərə qarşısında vurduğu ikinci qol "Əsrin Hədəfi" seçildi.

13) Özəl şirkət kosmosa insan göndərdi - 2020-ci ildə tarixdə ilk dəfə özəl bir şirkət insanları kosmosa göndərmək üçün raket atdı. ABŞ-ın SpaceX şirkəti 30 Mayda 2 astronavtla birlikdə ABŞ-ın Florida ştatındakı Kennedy Kosmik Mərkəzindən "Crew Dragon" kosmik gəmisini uğurla göndərdi. Elon Muska məxsus olan SpaceX şirkəti bu uğurlu buraxılışla kosmosa ilk insan uçuşunu həyata keçirərkən kosmik vasitə oldu. 

14) NASA ayda suyun olmasını təsdiq etdi  - ABŞ Milli Aviasiya və Kosmik İdarəsinin (NASA) yazılı açıqlamasında İnfraqırmızı Astronomiya Stratosfer Rəsədxanası Ayın günəşli səthində suyun olduğunu ilk dəfə təsdiqlədi. Bu kəşf suyun ay səthinə səpələndiyini və soyuq və kölgəli yerlərlə məhdudlaşmadığını göstərir.

15) Azərbaycan -  Ermənistan müharibəsi  -  27 sentyabrda başlayan müharibə, 10 noyabrda Ermənistanın məğlubiyyətini qəbul edən müqavilənin imzalanması ilə sona çatdı. 44 gün davam edən müharibədə Azərbaycan ordusu 5 şəhər mərkəzini, 4 qəsəbəni və 286 kəndi erməni hücumundan qurtardı. Bunun üzərinə Ermənistan məğlubiyyəti qəbul etdi və işğal olunmuş Ağdam, Laçın və Kəlbəcər vilayətlərinin boşaldılacağını vəd edən bir müqavilə imzaladı.

Gülayə Mecid