Yəməndə hava limanı yaxınlığında baş vermiş partlayışda 22 nəfər ölüb, 50 nəfər yaralanıb. yaralılardan çoxunun vəziyyəti ağırdır.
Unikal.org xəbər verir ki, yaralılar arasında Yəmənin rabitə nazirinin müavini Nasır Şərif, ədən qubernatorunun nümayəndəsi Həsən əz-Zamiki və yerli əl-Mansur həbsxanasının müdiri Naci əl-Mahri də var.
***
15:37
Yəməndə partlayış olub.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Yəmənin sahil şəhərlərindən olan Ədəndə baş verib. Belə ki, Ədən aeroportuna göyərtəsində hökumət üzvlərini daşıyan təyyarə enib. Təyyarənin enməsindən az sonra hava limanının yaxınlığında partlayış baş verib.
Ölənlərin və xeyli sayda xəsarət alanların olduğu bildirilir. Araşdırmalar başladılıb. Detallı informasiya açıqlanmayıb.