İran bu ilin 8 yanvarında vurduğu Ukrayna təyyarəsinin sərnişinlərinin ailələrinə 150 min ABŞ dolları məbləğində təzminat ödəyəcək.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İran İslam Respublikasının Nazirlər Şurası qərar qəbul edib. Şuranın yaydığı açıqlamada hadisə nəticəsində həyatını itirən hər bir sərnişinin ailəsinə 150 min dollar kompensasiya ödənəcəyi bildirilib. Ailələrdən üzr istənilib və başsağlığı verilib.

Qeyd edək ki, 176 sərnişini olan təyyarənin bütün sərnişinləri və ekipaj üzvləri həlak olmuşdu. Təyyarədən sağ qurtulan olmamışdı.