ABŞ Nümayəndələr Palatasının Respublikaçılar Partiyasından seçilmiş üzvü Luiziana ştatındakı Luk Letlov 41 yaşında koronavirusdan dünyasını dəyişib.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Letlov 18 dekabrda COVID-19 testinin müsbət çıxdığını bildirmiş, sonra Luizianadakı reanimasiya şöbəsinə göndərilmişdi.