Türkiyədə zəlzələ hadisəsi baş verib.
Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, yer silkələnməsi İzmir şəhəri və ətraf ərazilərdə olub. Zəlzələ Rixter şkalası ilə 4.3 balla qiymətləndirilib.
İlkin məlumatlara görə, insan tələfatı olmayıb. Dağıntılarla bağlı məlumat verilməyib.