"Atletiko" yollarını ayrıdığı hücumusu Dieqo Kostanın yerinə gətirəcək futbolçunu tapıb.

Unikal.org xəbər verir ki, Madrid klubu "Napoli"dən Arkadiuş Miliklə yaxından maraqlanır. Yay transfer dönəmində heyətinə qatmaq istədiyi polşalı üçün "Atletiko" yenidən danışıqlara hazırlaşır.

Mövsümün sonunda "Napoli" ilə anlaşması başa çatan 26 yaşlı hücumçu üçün "Atletiko" 15-18 milyon avro ödəməyə hazırdır.