Böyük Britaniya kraliçası İkinci Elizabet nəvəsi şahzadə Harriyə qadağa qoyub.
Unikal.org xəbər verir ki, Harri "Hərbi Anım Günü" Mərasimi zamanı cəmi bir neçə saniyə davam edən çələng qoymada iştirakdan məhrum edilib. Bunun kraliça İkinci Elizabetin şəxsi tapşırığı əsasında olduğu bildirilir.
Məşhur “Daily Mail” nəşrinin yaydığı məlumata əasasən, kraliça artıq Harrinin dövlət tədbirləri üçün yaramadığını düşünür.
Qeyd edək ki, 36 yaşlı Harri 11 il idi ki, həmin mərasimdə iştirak edirdi.