Rəqqasə Rəna Ağamuradova (Renka) "Səhər-səhər" verilişində təyyarədə başına gələn hadisədən danışıb.
Unikal.org xəbər verir ki, o, Mərakeşə gedən zaman pulunun oğurlandığını deyib:
"Abu-Dabidən uçurdum. Nəzarətçi xanım çantamı alıb yuxarı qoydu. Təyyarədən düşəndə gördüm ki, 3 min dollarım yoxdur. Yaxşı ki, kartıma əl vurmayıblar. Bakıya zəng etdim, pul göndərdilər".