SSRİ-nin son rəhbəri Mixail Qorbaçov ABŞ-ın yeni prezidenti Co Bayden haqqında danışıb.

Unikal.org xəbər verir ki, Qorbaçov bu barədə "RİA Novosti"yə müsahibəsi zamanı danışıb. O qeyd edib ki, Baydenlə nüvə məsələsində razılığa gəlmək lazımdır.

"Baydenin ABŞ-da yeni hakimiyyətə gəlməsi ilə Rusiya öz təklifini yeniləməlidir. Ölkələr nüvə müharibəsinin yolverilməzliyi barədə Cenevrədəki SSRİ-ABŞ zirvəsinin nəticələrindən sonra verilən açıqlamada təsbit edilmiş formulu təsdiq etməlidirlər.1985-ci ildə ABŞ prezidenti Ronald Reyqanla baş tutan ilk Cenevrə görüşünün nəticələri hələ də aktualdır və hər şeydən əvvəl bu danışıqların əsas nəticəsinə istinad edilir. Baydenlə də bu məsələdə razılığa gəlmək lazımdır", - deyə Qorbaçov söyləyib.