"WhatsApp"ın yeni məxfilik müqaviləsindən sonra istifadəçilər populyar mesajlaşma tətbiqini boykot etmək qərarına gəliblər.
Unikal.org xəbər verir ki, onlardan biri də türkiyəli müğənni Yıldız Tilbedir. Belə ki, tanınmış müğənni bununla bağlı "Twitter"da paylaşım edərək, "Yaxın dostlarımla pis söhbətlər edirəm. Eşitmədiyiniz sözlər deyil" tətbiqi sildiyini bildirib. O, bundan sonra "Twitter" istifadə edəcəyini bildirərək, ""Twitter"də belə etsə çox üzülərəm", - deyə ifadə edib.
Qeyd eddək ki, "WhatsApp" 4 yanvarda "Məxfilik Siyasəti" ni yeniləmiş və istifadəçilərinə güncəllənmiş qaydaları qəbul etmək üçün bildiriş göndərib. İstifadəçilərə hesab məlumatları, mesajlar, yer məlumatları kimi bir çox məlumatın "Facebook"a aid şirkətlərlə paylaşılmasını ehtiva edən yeni şərtləri təsdiqləmək üçün 8 Fevrala qədər vaxt verib. "WhatsApp" yeni şərtlər qəbul edilmədiyi təqdirdə tətbiqdən istifadə edilə bilməyəcəyini bildirib. Bu qərardan sonra minlərlə insan tətbiqi telefonlarından silərək yeni mesajlaşma tətbiqetmələrini istifadə etməyə başlayıb.