İngiltərəli məşhur komediya ustası Ricky Gervais ölümündən sonra cəsədinin "London Zoo"da şirlər tərəfindən yeyilməsini vəsiyyət edib. 

Unikal.org xəbər verir ki, veqan olan Gervais bu barədə qatıldığı şou proqramlarının birində qeyd edib. Aktyorun sözlərinə görə, ölümündən sonra onun cəsədini şirlər tərəfindən yeyilməsini istəyib.  Belə ki, aktyor bununla heyvanlara bir yaxşılıq etmiş olduğunu bildirib. 

Lakin London Zooloji Cəmiyyəti 59 yaşlı  komediya ustasının tələbini rədd edib.  Cəmiyyət , "Şirlərimizi daha əlverişli bir pəhrizlə bəsləməyimizə kömək etmək üçün ianələr bağışlaya bilərsiniz", - deyə  aktyoru cavablandırıb.  

Qeyd edək ki, ingilis komediya aktyoru Gervais, koronavirus pandemiyası səbəbiylə evdə qalmalı olan məşhurların narazılığından danışarkən, "Hovuz villasında yaşayanların karantin şikayəti  olmamalıdır", açıqlaması ilə gündəm yaratmışdı.