Kuba ABŞ-ın bu ölkəni terroru maliyyələşdirən ölkələr siyahısına salmasını pisləyib.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, rəsmi Havana ABŞ-ın bu addımını qınayan bəyanat verib. Addım siyasi fürsətçilik kimi qiymətləndirilib. Bu fürsətçiliyin terrordan həqiqətən zərər görən ölkələr və əziyyət çəkən insanlar tərəfindən açıq hiss olunduğu deyilib.
"ABŞ-ın Kubanı terrora dəstək verən və maliyyələşdirən ölkələr siyahısına salmasını qınayırıq. Bu qərar ikiüzlü və kiçimsəyici addımdır", - deyə bəyanatda ifadə olunub.