Yanvarın 13-ü saat 11 radələrində Göyçay rayon sakini 1973-cü il təvəllüdlü Əmirov Teyyub Adil oğlunun hündürlükdən yıxılaraq xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.
Bu barədə Unikal.org-a Göyçay rayon prokurorluğundan məlumat verilib.
İlkin araşdırmalarla Göyçay şəhəri, Nizami küçəsində yerləşən qeyri-yaşayış obyektində fəhlə işləyən Teyyub Əmirovun iş zamanı hündürlükdən yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri alması müəyyən edilmişdir.
Faktla bağlı Göyçay rayon prokurorluğunda araşdırma aparılır.