Türkiyədə maraqlı hadisə yaşanıb.
Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, Van vilayətinin Çaldıran ilçəsində 1990-cı ildən bəri ən aşağı temperatur yaşanıb. İlçə ərazisində yerləşən Kaz gölünün də böyük hissəsi donub. Hava o qədər soyuq olub ki, insanların qurutmaq üçün ipə asdığı paltarlar da donub. Sinoptiklər şaxtalı havanın mənfi 30 dərəcəyə çatdığını bildiriblər.
Belə havada öküzlərin buzlu Kaz gölünə girməsi maraqlı görüntülər ortaya çıxarıb. Öküzlər suyun dibindəki yosunlarla qidalanmaq üçün gölə giriblər.