Argentinada zəlzələ hadisəsi baş verib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, təbiət hadisəsi Posito şəhərinin 27 kilometr cənub-qərbində yaşanıb. Yer silkələnməsi Rixter şkalası ilə 6.4 balla qiymətləndirilib.

Zəlzələnin ocağı yein 14.3 kilometr dərinliyində yerləşib. İtki və dağıntı yaşanmayıb. Sunami təhlükəsi ilə bağlı xəbərdarlıq edilməyib. Zəlzələnin qonşuluqdakı şəhərlərdə də hiss edildiyi bildirilib.