Yaponiyanın şimalında qarın təmizlənməsi zamanı 60 nəfər həlak olub.
Unikal.org-un məlumatına görə, Honsü və Hokkaydo adalarında dekabr ayından etibarən fasiləsiz qar yağır.
Ölkə rəhbərliyi qarın təmizlənməsi üçün bölgəyə əlavə qüvvələr göndərməli olub.
Qeyd olunur ki, həlak olanların əksəriyyəti evlərini qardan təmizləyən yaşlı insanlar olub.