ABŞ xüsusi xidmət orqanları Konqresdəki basqınla bağlı 200 min fayl toplayıb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, hazırda təhqiqatlar və istintaq prosesi davam edir. İndiyə qədər 200 min elektron fayl toplanıb.
Məlumatlar müxtəlif videolar, fotolar, səs yazıları və mətn tipli materiallardan ibarətdir. Yekun nəticələr əldə edildikdən sonra bununla bağlı ictimaiyyətə məlumat veriləcəyi bildirilib.