Qərbi Kaspi Universitetinin Almaniyadan olan tərəfdaşları - Alternativ Nobel Mükafatı adlanan "Düzgün həyat tərzi üçün” ("Right Lifestyle") mükafatı laureatı və "Michael Succow" Ətraf Mühitin Müdafiəsi Fondunun təsisçisi, professor Mixail Zukov və Maynts Tətbiqi Elmlər Universitetinin professoru Hartmut Müller Qərbi Kaspi Universitetinə məktub göndərərək, Azərbaycan ordusunun 44 günlük müharibə ilə torpaqlarımızı azad etməsi və ərazi bütövlüyümüzün bərpası münasibətilə universitetin kollektivini və Azərbaycan xalqını təbrik ediblər.  

Unikal.org xəbər verir ki, eyni zamanda Professor Zukov və Professor Müller azad olunmuş ərazilərimizdə ətraf mühitin qorunması prosesinə öz töhfələrini verməyə hazır olduqlarını bildiriblər.