Qırğızıstan "Pfizer" vaksinlərindən imtina edib.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb "Pfizer" şirkətinin istehsal etdiyi koronavirus əleyhinə vaksinlərin mənfi 70 dərəcə temperaturda saxlanması tələbidir. Qırğızıstan rəsmiləri ölkədə külli miqdarda vaksini bu temperaturda saxlamaq üçün şəraitin olmadığını bəyan ediblər.
Alternativ kimi Çin istehsalı olan və normal temperaturda keyfiyyətini itirməyən digər vaksin istehsalçıları ilə danışıqlar aparıldığı bildirilib. Qırğızıstanın səhiyyə naziri isə Rusiya ilə 500 min dozalıq koronavirus əleyhinə vaksin tədarükü ilə bağlı əlavə danışıqların getdiyini açıqlayıb.