Türkmənistan prezidenti Qurbanqulu Berdımuhəmmədovun görüntüsü yayılan avtomobili müzakirələrə səbəb olub.
Unikal.org Rusiya KİV-ə istinadən xəbər verir ki, Berdımuhəmmədov paytaxt Aşqabaddakı layihələrin birinin icrası ilə tanış olmağa gəlib.
Bu zaman onun maraqlı avtomobili diqqət çəkib. Türkmənistan prezidenti maşını şəxsən özü idarə edib. Yaşıl və metalik rənglərdə olan avtomobilin dövlət nömrə nişanının "AGA" seriyalı olması da diqqətdən yayınmayıb. Xarici ölkələrdə sosial şəbəkə istifadəçiləri Türkmənistan prezidentinin avtomobilini yumor hissi ilə qarşılayıblar.