İranda son sutka ərzində koronavirusa 6182 nəfər yoluxub, 84 pasiyent dünyasını dəyişib.
Unikal.org xəbər verir ki, bu barədə İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Sima Səadət Lari bildirib.
Onun sözlərinə görə, ölkədə virusa yoluxanların sayı 1 milyon 348 min 316, ölənlərin sayı isə 57 min 57 nəfərə çatıb.
Hazırda xüsusi xəstəxanalarda müalicə alan 4214 xəstənin vəziyyəti ağır olaraq qalır. Bununla yanaşı, 1 milyon 137 min 812 xəstə sağalaraq evə buraxılıb.