"Alibaba"nın çıxan qurucusu Cek Ma aylar sonra yeni video ilə gündəmə gəlib.
Unikal.org xəbər verir ki, videoda Laba Festivalı çərçivəsində müəllimlərə müraciət edən Ma-nın epidemiyaya görə, gözdən uzaq düşdüyü ehtimal edilir. Uzun müddətdir, görünməyən Cek Manın sui-qəsd nəticəsində öldürüldüyü də iddia olunub. Yeni videonu isə media nümayəndələri Ma-nın ixtisasca ingilis dili müəllimi olması ilə əlaqələndiriblər. Paylaşılan görüntülərdə başqa bir detal da diqqətdən yayınmayıb. Bu, Cek Manın yanvar ayının ilk günlərində məktəblərdən birini ziyarət etməsidir.
Cek Ma sözügedən videoda "epidemiya bitdikdən sonra yenidən görüşəcəyik" deyir. Görüntülərdən sonra aydın olub ki, Ma prosesi kənardan izləməyi seçib.
Qeyd edək ki, videonun paylaşılması ilə şirkətin dəyərləri 6% artıb.