ABŞ-ın yeni prezidenti Co Bayden rəsmi and içəndən sonra xalqa müraciət edib.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Bayden çıxışında xalqı hər şeyi yenidən başlamağa çağırıb.
"Gəlin, bu gündən hər şeyi yenidən başlayaq. Yenə bir-birimizi dinləməyi, bir-birimizə hörmət etməyi və sayğılı olmağı yenidən başlayaq. Siyasət hər anlaşmazlıqda qarşındakını məhv etmək istəmək deyil. Hər fərqli fikir müharibə səbəbi olmamalıdır", - deyə ABŞ prezidenti söyləyib.