Türkiyədə son sutka ərzində 159 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.
Unikal.org xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, son 24 saatda 6435 yeni yoluxma halı qeydə alınıb. Ölkədə pandemiya qurbanlarının sayı 24 487, virusa yoluxanlar isə 2 406 216 nəfərə çatıb.
Türkiyədə indiyədək 2 283 919 pasiyent (son sutkada 5932 nəfər) sağalaraq evə buraxılıb.