Avropa Parlamenti "Şimal axını - 2" qaz kəməri layihəsi ilə bağlı tələb irəli sürüb.
Unikal.org Rusiya KİV-ə istinadən xəbər verir ki, Avropa Parlamenti Avropa İttifaqına bu layihənin icrasını dayandırmaqla bağlı tələb irəli sürüb. "Şimal axını - 2" layihəsi Rusiya qazını Avropaya daşımaq üçün çəkilməkdə olan qaz kəməridir.
Tələbdə Rusiya ilə əməkdaşlığı dayandırmaq, layihənin icrasına son vermək əksini tapıb. Səbəb kimi Rusiyada müxalifətçi Aleksey Navalnının həbs edilməsi göstərilib. Bunu Rusiyaya qarşı sanksiyalar dalğasının bir parçası hesab edənlər var.