Ermənistanın xarici işlər naziri Ara Ayvazyan Gürcüstana qeyri-rəsmi səfər edib.

Unikal.org  xəbər verir ki, bu barədə Gürcüstanın Baş nazirinin müavini, xarici işlər naziri David Zalkaliani rəsmi Facebook səhifəsində məlumat verib. Bildirilib ki, o, erməni həmkarı ilə Kaxeti bölgəsinin Tsinandali kəndində görüş keçirib. Nazirlər ölkələr arasında mövcud ikitərəfli əməkdaşlığı və əlaqələrin daha da dərinləşdirilməsi perspektivlərini müzakirə ediblər.