Belçikanın Baş naziri Aleksander De Kroo koronavirus infeksiyasının yayılmasına qarşı yeni tədbirə dair qərarı elan edib.

Unikal.org-un məlumatına görə, martın 1-dək ölkədən məcburi olmayan xarici səyahətlər qadağan olunub.

"27 yanvar tarixindən etibarən tətil və ya turizm xarakterli səyahətlər qadağandır. Qərar həm ölkəmizə, həm ölkəmizdən səyahət etməyə aiddir. Qadağa 1 mart tarixinədək qüvvədə olacaq", - Belçika federal hökumətinin başçısı mətbuata bildirib.

Nazir tədbirlərin sərtləşdirilməsini ölkədə epidemioloji vəziyyətin müəyyən dərəcədə sabitləşməsinə baxmayaraq ciddi risklərin qalması ilə izah edib. Hökumət bu riskləri Belçikaya çatan koronavirusun yeni ştammının daha çox yoluxucu olduğunda və vəziyyəti daha da pisləşdirə biləcəyində görür.

Pandemiya başlayandan Belçikada 686 827 koronavirusa yoluxma hadisəsi qeydə alınıb, xəstəlik səbəbindən ölkədə 20 620 nəfər dünyasını dəyişib.