Yaponiyada olimpiya oyunlarının tamaşaçısız keçirilməsi müzakirə olunur.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə hökumətlə olimpiyanı keçirən dövlət qurumu arasında danışıqlar davam edir. İyul ayında keçirilməsi planlaşdırılan olimpiya oyunlarının tamaşaçılar olmadan keçirilməsi də müzakirə mövzularından biridir.
Səbəb ölkədəki koronavirus pandemiyası ilə bağlı vəziyyətdir. Müzakirələrdə daha optimal variant tapılmazsa, bu variantın gerçəkləşdiriləcəyi bildirilir.