Meksika prezidenti Andres Manuel Lopes Obrador ABŞ-ın yeni prezidenti Co Baydenlə ilk telefon danışığı haqqında məlumat verib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Co Bayden və Meksika prezidenti arasında telefon danışığı olub. Meksika prezidenti ABŞ-ın yeni dövlət başçısı ilə ilk zəngləşməsi haqqında danışıb.

O qeyd edib ki, telefon danışığı zamanı əsas müzakirə mövzuları COVID-19 pandemiyası ilə mübarizə məsələləri və miqrantlarla bağlı problemlər olub.

"Biz prezident Baydenlə dostcasına və hörmətlə danışdıq. Bütün bunlar onu göstərir ki, bizim münasibətlərimiz yaxşı olacaq, xalqlarımızın və millətlərimizin məmnunluğu üçün olacaq", - deyə Meksika prezidenti "Twitter" səhifəsində yazıb.