Türkiyədə mənfi 40 dərəcədə pomidor yetişdirilir.
Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, Van şəhərinin Çaldıran ilçəsində havanın temperaturu gündüzlər mənfi 25, gecələr mənfi 40 dərəcəyədək enir. Bu şəraitdə də pomidor istehsalı dayanmır.
Belə ki, geotermal enerji ilə isidilən modern istixanalar yaradılıb. 34 min kvadratmetr ərazidə 20 min metr boru çəkilərəkbitkinin yetişməsi üçün istilik baxımından münbit mühit yaradılıb. Bu texnologiya 10 min lirəyə başa gəlib. Hətta arıların tozlandırması üçün də şərait mövcuddur. Tamamilə təbii mühitin yaradıldığı istixanada 6 ay ərzində 1 200 ton məhsul əldə edilib.