Tacikistanda koronavirus pandemiyası ilə bağlı maraqlı vəziyyət yaranıb.
Unikal.org Rusiya KİV-ə istinadən xəbər verir ki, bu Mərkəzi Asiya ölkəsində koronavirusa yoluxma faktları qeydə alınmır. Bu tendensiya Tacikistanda artıq iki həftədir ki, davam edir.
Rəsmilər bunu uğur təqdim edərək, virusla düzgün mübarizə tədbirləri ilə əlaqələndirirlər. Ekspertlər isə məsələyə skeptik yanaşırlar və koronavirusa yoluxma faktlarının sadəcə rəsmiləşdirilmədiyini bildirirlər.