Rusiyanın güc strukturları paytaxtda təhlükəsizlik tədbirlərinin gücləndirildiyini açıqlayıb.
Unikal.org Rusiya KİV-ə istinadən xəbər verir ki, Moskva şəhərinin Puşkin meydanında Navalnı tərəfdarları etiraz aksiyası barədə anons veriblər.
Bundan sonra təhlükəsizlik orqanları meydanı nəzarətə götürüb. Bir neçə aksiya iştirakçısının meydanda həbs olunduğu deyilir.