Rusiyanın Birbaşa İnvestisiya Fondu Türkiyənin aparıcı əczaçılıq məhsulları istehsalçısı ilə Türkiyədə "Sputnik V" koronavirusa qarşı peyvəndin istehsalı ilə bağlı müqavilə imzalayıb və texnologiya transferinə başlayıb.
Unikal.org-un məlumatına görə, bu barədə RİA "Novosti"yə Fonddan bildirilib.
"Potensial illik istehsal həcmi – milyonlarla dozadır. Gələcəkdə istehsalın genişləndirilməsi məsələsi də hazırda müzakirə olunur. Peyvənd həm Türkiyənin daxili bazarına, həm də digər ölkələrə tədarük ediləcək", - Fonddan bildirilib.
Fondda onu da əlavə ediblər ki, Türkiyəli tərəfdaşlar 90%-dən çox təsiri olan bu vaksinə böyük maraq göstərir.