Gürcüstanın paytaxtı Tiflis şəhərində bir qrup şəhər sakini etiraz aksiyası keçirib.
Unikal.org Gürcüstan KİV-ə istinadən xəbər verir ki, aksiyaçılar ictimai nəqliyyatın fəaliyyətini dayandırması ilə bağlı qərar etiraz ediblər. Tiflis bələdiyyəsi pandemiyaya görə 1 martadək ictimai nəqliyyatın fəaliyyətini yasaqlayıb.
"Şəhər meri Kaxa Kaladze özü hər gün işə kilometrlərlə yolu piyada getsin. Xoşu gəlirsə, özü etsin. Biz yox", - deyə aksiyaçılar etiraz edib.