İspaniyanın Qranada əyalətində (Əndəlüs muxtar icması) 4,4 bal gücündə zəlzələ baş verib.

Unikal.org "TASS"a istinadən xəbər verir ki, zəlzələ nəticəsində Atarfa bələdiyyəsinin bir sakini xəsarət alıb, bir neçə binaya zərər dəyib.

Bildirilir ki, zəlzələ ilə əlaqədar fövqəladə yardım xidmətlərinə 75 dəfə zəng edilib.