ABŞ-ın sabiq prezidenti Donald Trampın tərəfdarlarının paytaxtdakı Kapitoli binasına etdiyi hücumun iştirakçısı, eyni zamanda, ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvünü öldürməyə dair çağırış edən Texas ştatının sakini saxlanılıb.
Unikal.org xəbər verir ki, bu barədə “Ap News” məlumat yayıb.
Məlumata görə görə, Dallas şəhər sakini Qarrett Miller digər nümayişçilərlə birlikdə Kapitoliyə girib. Bundan başqa, o, “Twitter” səhifəsində bir neçə paylaşım edərək, ABŞ Nümayəndələr Palatasının Nyu-York ştatından olan üzvü Aleksandriya Okasio-Kortesin öldürülməsinə dair çağırış edib. Öz paylaşımlarının birində Miller bildirib ki, etirazçılar növbəti dəfə odlu silahlarla gələcək.
Q.Miller, həmçinin “Instagram”da Kapitoli polisinin ünvanına təhdid dolu paylaşımlar da edib.