Fransız jurnalist Cean Mişel Aphatie qonaq olduğu televiziya proqramların birində Əlcəzairlilərdən üzr istəyib. 

Unikal.org xəbər verir ki,  Əlcəzairin Fransa tərəfindən müstəmləkəçiliyinin digər müstəmləkə tarixlərindən fərqli qiymətləndirilməli olduğunu bildirib. 

Aphatie, Fransız qoşunlarının 1830-cu ildə Əlcəzairin indiki paytaxtı Əlcəzairi işğal etməsinin səbəbini daxili siyasətdə güc qazanmaq məqsədi olduğunu vurğulayıb. 

"Əlcəzair" adlı bir ölkənin Fransanın işğalı ilə ortaya çıxdığını ifadə edən Aphatie, "Bu torpaqların işğalı əsnasında Fransız ordusu Avropanı lərzəyə gətirən bir vəhşilik nümayiş etdirdi. 1854-cü ildə İngilis, Alman və Fransız qəzetləri Fransız ordusunun müsəlmanlara qarşı davranışını vəhşilik adlandırırdı",- deyə bildirib.  

Bundan əlavə, Aphatie, Fransız tarixçisi Alexis de Tocquevillein Əlcəzair haqqında  hesabatında, Fransızların Əlcəzair müsəlmanlarını "yazıq, mütəşəkkil və cahil bir cəmiyyət" kimi qəbul etdiklərini söyləyib.  

"Bir əsr boyunca bütöv bir xalqı öz torpaqlarında şəhid etdik",-  deyə  Aphatie ifadəsini işlədərək bir daha əlcəzairlilərdən üzr istəyib.