Gürcüstanda zəlzələ hadisəsi baş verib.
Unikal.org Gürcüstan KİV-ə istinadən xəbər verir ki, yer silkələnməsi Msxeta-Mtianeti bölgəsinin Tianeti şəhərinin 29 kilometrliyində olub. Bu şəhər paytaxt Tiflisdən 59 kilometr məsafədə yerləşir.
Zəlzələ Rixter şkalası ilə 3.3 balla qiymətləndirilib. Ocaq yerin 8 kilometr dərinliyində yerləşib. Ölən və yaralananlarla bağlı, dağıntı ilə bağlı məlumat yoxdur.