"RİA Novosti" agentliyi Rusiya və Türkiyənin birgə qurduğu atəşkəsə nəzarətlə bağlı mərkəz haqqında məlumat yayıb.
Unikal.org xəbər verir ki, "RİA Novosti" sabah Qarabağda Türkiyə-Rusiya birgə Monitorinq Mərkəzinin sabah fəaliyyətə başlayacağını qeyd edib. Mərkəz Ağdam ərazisində yerləşəcək.
Qeyd edək ki, mərkəzdə 60 türk, 60 rus hərbçisinin fəaliyyət göstərəcəyi və PUA-ların, dronların köməyi ilə atəşkəs rejiminə riayət olunmasına nəzarət edəcəkləri bildirilir.