Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı altında Vətən müharibəsində qaza¬nılmış möhtəşəm Qələbə sayəsində dövlətimizin ərazi bütövlüyü təmin edildikdən, o cümlədən ölkəmizin Ermənistan Respublikası ilə dövlət sər¬hədi işğaldan azad edildikdən sonra bu ərazilərdə zəruri sərhəd mühafizə infrastrukturunun yaradılması üzrə tədbirlər davam etdirilir.

Bu barədə Unikal.org-a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.

Ermənistan Silahlı Qüvvələrinin dövlət sərhəd xətti boyu mina¬la-dığı ərazilər Dövlət Sərhəd Xidmətinin mühən¬dis-istehkam bölmələri tərəfin¬dən hazırda minalar¬dan təmizlənilir.

31 yanvar tarixində Qubadlı rayonunun Məlikəhmədli kəndi yaxınlığında 120 ədəd piyada əleyhinə mina sərhədçi istehkamçılar tərəfindən zərərsizləşdirilmişdir.