Sumqayıtda avtobus sürücüsü yol polisinin “Saxla” əmrinə tabe olmayıb.

Unikal.org xəbər verir ki,  YPX əməkdaşları tərəfindən avtobus sürücüsünə “Saxla” əmri verilib. Lakin o, polisin əmrinə tabe olmayıb və hərəkəti davam etdirib. Yüksək sürətlə şəhərin yolları ilə şütüyən avtobusu saxlamaq üçün Sumqayıt Dövlət Yol Polisi əməkdaşları maneə yaradaraq istəklərinə müvəffəq olublar. İlkin ehtimala görə, sürücü içkili olub.

Sumqayıt şəhər icra hakimiyyətindən bildirilib ki, qeyd olunan avtobus Sumqayıt Nəqliyyat İdarəsinə aid deyil və içərisində sərnişin olmayıb. 

Sürücü polis əməkdaşları tərəfindən saxlanılıb, araşdırma aparılır.