Bakının Binəqədi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org xəbər verir ki, hadisə Azadlıq prospektində qeydə alınıb.

1962-ci il təvəllüdlü Cavadova Fəridə Nadir qızı yolu keçərkən onu minik avtomobili vurub. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.