Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın məhkəmə prosesi bundan sonra qapalı keçiriləcək.

Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə hakim Anna Danibekyan qərar verib.

Qeyd edək ki, Koçaryan 2008-ci ilin 1 mart hadisələri zamanı dinc etirazçılara atəş açmaq əmri verdiyinə görə mühakimə olunur. Hadisələr zamanı ölənlər olmuşdu.