Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Ağcabədi rayonunda “Mitsubishi” və “ВАЗ” markalı iki minik avtomobilinin toqquşması barədə məlumat daxil olub.

Unikal.org Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan "Mitsubishi" markalı minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.